İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri" Təşkilatının gəncləri ilə “Karyera planlaması” mövzusunda seminar keçirilib. İİTKM-in İnsan resursları üzrə meneceri Mətanət Rəsulova karyera planlamasının mərhələləri, fərdin maraqlarının, imkan və bacarıqlarının öyrənilməsi, təşkilatda işçilərin karyera planlamasının məqsədləri, təşkilatın fəaliyyətinin səmərəli idarə edilməsində rolu haqqında ətraflı məlumat verib.

İnteraktiv keçən seminarda könüllülər onları maraqlandıran CV hazırlanması, müsahibəyə hazırlıq və s. istiqamətində suallarını ünvanlayıblar.