Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri növbəti Həftənin Könüllüsünü seçdi!
İİTKM-də təcrübə keçən Həsən Cəlalzadə bu həftənin könüllüsüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment ixtisasının bakalavr məzunu olan H.Cəlalzadə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində magistr təhsili alır. O, İİTKM-in "Bir Pəncərə İxraca Dəstək Mərkəzi"ndə könüllü olduğu müddətdə görülən işlərə öz töhfəsini verib, bir sıra tədbirlərin təşkilində, layihələrin həyata keçirilməsində yaxından iştirak edib. 2016-cı ildən İslahat Könüllülərinə qoşulan H.Cəlalzadə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna işə qəbul olub. İslahat Könüllüləri adından Həsən Cəlalzadəni təbrik edir, ona karyera və şəxsi həyat yolunda uğurlar diləyirik!