"İslahat Könüllüləri" Təşkilatı dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XIII Məzun-Karyera Sərgisində xüsusi stend ilə təmsil olunub.
Sərginin açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib.
100-ə yaxın dövlət qurumu və özəl şirkətin təmsil olunduğu sərgidə "İslahat Könüllüləri" Təşkilatının rəhbəri İsmət Vaqifzadə stendlərlə tanış olan ADNSU-nun rektoru Mustafa Babanlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Energetika nazirinin müavini Kamal Abbasova təşkilatın məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat verib.