Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat Könüllüləri" Təşkilatının könüllüsü Bəhram Əhmədzadə "Ağıllı şəhər" Smartcity və "Ağıllı kənd" Smartvillage konsepsiyaları ilə bağlı könüllü yoldaşlarına təqdimat keçib.

Təqdimat zamanı B.Əhmədzadə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqində beynəlxalq təcrübə, bu sahədə dünyanın ən uğurlu şəhər və kəndləri ilə bağlı ətraflı məlumat verib.

Daha sonra o, könüllülərin mövzu ilə bağlı suallarını cavablandırıb.

İİTKM-in İqtisadi TəhlilAnalitik İnformasiya departamentinin könüllüsü olan Bəhram Əhmədzadənin "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları ilə bağlı məqaləsi də yaxın zamanda dərc olunacaq.