İslahat Könüllülərinin Fərdi İnkişaf Proqramı çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının İctimaiyyətlə əlaqələr üzrə meneceri Aida Ramiz İslahat Könüllülərinə "İctimaiyyətlə əlaqələrin yeni mediada rolu" mövzusunda interaktiv təlim keçib.

Təlimdə A.Ramiz könüllülərə ənənəvi və yeni media vasitələri, yeni medianın üstünlükləri və tələbləri, qurum və ya şirkətlərin PR analizinin aparılması haqqında geniş məlumat verib.

Sonda könüllülər komandalara bölünərək seçdikləri şirkətin SWOT analizini və istifadə olunan PR vasitələri haqqında təqdimat ediblər.