Proqram çərçivəsində könüllülərin iqtisadi və analitik sahədə inkişafına dəstək məqsədilə peşəkar mütəxəssislərin təqdimatında təlimlər baş tutacaq.
İlk təlim 10 mart, Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbovanın təqdimatında “Rəqəmsal iqtisadiyyat” mövzusunda keçirilib.
Təlimdə M.Talıbova rəqəmsal iqtisadiyyatı formalaşdıran texnologiyalar, rəqəmsal iqtisadiyyatın üstünlükləri və ənənəvi iqtisadiyyatdan fərqi və rəqəmsal iqtisadiyyatın inkişaf mərhələləri haqqında könüllülərə ətraflı məlumat verib.
Sonda tələbələr suallarına ünvanlayıblar.