İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri təcrübə proqramını uğurla başa vuraraq təqdimatlarla çıxış ediblər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Misir Məmmədov "Effektiv layihə planlaması - layihə üçbucağı" mövzusunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Turan Sadıqov "Azərbaycan kənd təsərrüfatı məhsullarının daxili bazarda qiymət dəyişkənliklərinin təhlili" mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Sevcan Məmmədova "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf trendləri və müqayisəli təhlili" mövzusunda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Ülviyyə Qurbanova "Eksport və e-ticarət" mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Məlahət Tatanlı “Azərbaycanda əmək bazarının mövcud vəziyyətinin təhlili” mövzusunda çıxış ediblər.
Sonda könüllü gənclərə sertifikatlar təqdim olunub.












