İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təcrübə keçən İslahat Könüllüsü, startaplar üzrə Prezident mükafatçısı Zəhra Qasımzadənin təqdimatında “Ailə dağılarsa, dövlət zəifləyərmi?” mövzusunda seminar keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən “Ailəm” Könüllüləri təşkilatının rəhbəri Rafiq Mahmudov və təşkilatın könüllüləri iştirak ediblər.

Seminarda ailə institutunun cəmiyyətin və dövlətin inkişafındakı rolu, bu sahədə mövcud çağırışlar, ailə dəyərlərinin qorunmasının əhəmiyyəti və həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarının suallarının cavablandırıldığı interaktiv müzakirələr seminarın daha səmərəli keçməsinə və mövzuya marağın artmasına töhfə verib.