İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçən Şimali Kipr Altınbaş Kipr Universitetində Biznesin idarə edilməsi üzrə doktorantura (Altınbaş Cyprus University, PhD in BusinessManagement) təhsili alan Əsgər Əlhəsənov öz elmi araşdırmasının nəticələrini təqdim etmişdir.

Tədqiqat “BLİK ödəmə sisteminin faydaları və ölkəmizdə tətbiqi” mövzusunu əhatə etmişdir.

Təcrübə müddətini uğurla başa vuran Əsgər Əlhəsənova sertifikat təqdim olunub.