Görüşdə "İslahat Könülləri" Təşkilatının rəhbəri İsmət Mehrəliyeva "Vaxtın idarə olunması" mövzusunda könüllülərə təqdimat edib.
İ.Mehrəliyeva könüllülərə təqdimatı zamanı "Forbes Advisor" tərəfindən hazırlanan Ümumdünya İş-Həyat Balans İndeksinin 2023-cü il üzrə nəticələri, burada vacib olan vaxtın düzgün idarə edilməsi aspekti və tətbiq oluna biləcək üsullar, uğurlu insanların bu sahədə əsas qeydləri haqqında ətraflı danışıb. Gənclərin boş zamanlarını dəyərləndirməsi üçün bu mövzuda oxuya biləcəkləri kitablar, dinləmək üçün podkastlar və videolar təqdim olunub.
İnteraktiv keçən görüşdə könüllülər öz təkliflərini və istifadə etdikləri üsulları bölüşüblər.