İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı istehsalat təcrübəsi keçən Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və inşaat Universitetinin tələbələri ilə görüşüb.

Görüşdə tələbələrin cari fəaliyyətləri haqqında məlumat alan V.Qasımlı insan kapitalının inkişafının prioritet məsələlərdən olduğunu bildirib.