İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”nda iştirak ediblər.

"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində keçirilən forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, "ASAN xidmət"in tərəfdaşlığı ilə təşkil olunub.

Ölkənin 3 min 500-ə yaxın könüllüsünü bir araya gətirən forum "Konstitusiya və Suverenlik İli"nə həsr edilib. Eyni zamanda, forum çərçivəsində ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.