İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat könüllüsü Zeynəb Zeynalova təcrübə proqramını uğurla tamamlayaraq təqdimatlarla çıxış edib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 3-cü kurs tələbəsi olan Zeynəb Zeynalova proqram çərçivəsində "İqlim böhranı dövründə Azərbaycanın transformasiyası: İqlim-ağıllı kənd təsərrüfatının tətbiqi və çətinlikləri" mövzusunda apardığı araşdırmanı təqdim edərək müasir ekoloji trendlər, iqlim dəyişikliyinin təsirləri və kənd təsərrüfatı sektorundakı transformasiyanın gedişi mövzularını təhlil edib.
Zeynəb Zeynalovanın çıxışı analitik iqtisadi yanaşma, ağıllı kənd təsərrüfatı sisteminin tətbiqi və çətinlikləri mövzusunda əldə olunan nəticələr və əsaslandırmalarla seçilib. O, təcrübə müddətində, həm elmi-praktiki biliklərini genişləndirib, həm də iqlim-ağıllı kənd təsərrüfatının tətbiqini araşdırıb və bu sahədə yerli şərtlərə uyğun həllər təklif edib.





