İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri Təşkilatı” tərəfindən keçirilən “Ayın Aktiv Könüllüləri” layihəsi çərçivəsində Xəzər Universitetinin fəal və təşəbbüskar könüllüləri simvolik hədiyyələrlə təltif olunublar.

Təltif olunan könüllülər:

  • Ələkbərova Elmira
  • Abdullayeva Aytac
  • Nəbiyeva Şölə
  • Əzimzadə Hilal
  • İlyasov Nuru
  • Məmmədli Vüsal

Təşkilat tərəfindən bildirilib ki, bu layihə könüllülərin fəaliyyətini təşviq etmək və onların təşəbbüslərini dəyərləndirmək məqsədi daşıyır.

Xəzər Universiteti olaraq, könüllüləri səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.