8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə İslahat Könüllüləri ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri ilə birlikdə Fəxri Xiyabanı və Zəfər Parkını ziyarət ediblər.

Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub.

Zəfər Parkında isə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb, Qələbəmizin rəmzi olan memorial abidə önünə gül dəstələri düzülüb.