İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov ilə könüllülərin “Xaricdə təhsil: İmkanlar və məhdudiyyətlər” mövzusunda görüşü keçirilib.
Görüşdə Tural Əhmədov gənclərə Azərbaycan vətəndaşlarının Dövlət Proqramları və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil imkanları haqqında ətraflı məlumat verib. O, mövcud təqaüd proqramları üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq üçün prioritet ixtisas sahələri, maliyyələşdirilmə və öhdəliklər barədə danışıb. T.Əhmədov görüş zamanı Dövlət Proqramları ilə təhsilin üstünlüklərini qeyd edib.
Görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb və suallarını ünvanlayıblar.