İİTKM-in departament rəhbərinin müavini, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva “Smart Qarabağ: Ağıllı şəhər, ağıllı kənd” mövzusunda İslahat könüllülərinə təlim keçib. G.Quliyeva ağıllı şəhər və kəndlərin istifadə etdiyi texnologiyalar, həll etdiyi problemlər, ağıllı infrastruktur və xidmətlər haqqında ətraflı məlumat verib.Keçirilən seminarda gənclər “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının mahiyyəti, mövcud beynəlxalq təcrübənin öyrənilməsi, analitik təhlilər əsasında qərarvermə və idarəetmənin keyfiyətinin yüksəldilməsi, “Smart region“da xidmətlər üzrə mövcud resusların effektiv istifadəsi və.s mövzularda məlumat əldə edib və bu istiqamətdə fikir mübadiləsi aparıblar.İnteraktiv keçən təlimdə könüllülər öz suallarını ünvanlayıb və sonda xatirə şəkil çəkilib.