Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Soltan Məmmədov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” ilə görüşüb.
Görüşdə S.Məmmədov gənclərə öz fəaliyyətinə dair ümumi məlumat verib. O, Azərbaycanda həyata keçirilən uğurlu könüllü siyasəti, insan kapitalının formalaşmasında gənclərin rolu, peşə təhsilinin inkişafı və bu sahədə perspektivlər və əsas çağırışlar haqqında geniş müzakirələr aparıb. S.Məmmədov Ulu öndər Heydər Əliyevin gənc nəslin mütəşəkkil formada yetişdirilməsində həyata keçirdiyi işlərdən, gənclər siyasətinin yaradılması və inkişafındakı mühüm rolundan danışıb. O bildirib ki, hazırda bu siyasət Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil edir.
Sonda könüllülər öz sual və təkliflərini ünvanlayıblar. Görüşdə “DOST Könüllüləri”, “Nəqliyyat Könüllüləri”, “ASAN Könüllüləri”, “Könüllü gömrükçü” və “Ekokönüllüləri” iştirak edib.
Qeyd edək ki, İslahat könüllülərinin mütəmadi olaraq Azərbaycanın nüfuzlu ictimai xadimləri ilə görüşləri təşkil olunur.