İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 8 Noyabr – Zəfər Günü münasibətilə “Invest in Garabagh and Eastern Zangezur” icmalının 3-cü xüsusi buraxılışını təqdim edib.
İngilis dilində hazırlanan nəşr yerli və xarici investorları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, biznes mühiti və investisiya imkanları ilə tanış edir.
İcmalda regionda aparılan bərpa və quruculuq işləri, sahibkarlığa dövlət dəstəyi, müasir infrastruktur layihələri, eləcə də kənd təsərrüfatı, sənaye, yaşıl enerji, təbii ehtiyatlardan istifadə və turizm sahələrində investisiya imkanları əhatə olunub.
Nəşr Qarabağ və Şərqi Zəngəzurda yeni biznes imkanlarını dəyərləndirmək, investisiya qərarları vermək və regionun iqtisadi potensialını daha yaxından tanımaq istəyən sahibkarlar və investorlar üçün praktiki məlumat mənbəyidir.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialını kəşf edin, investisiya imkanlarını dəyərləndirin!
Nəşrin tam versiyası: https://ereforms.gov.az/files/review/pdf/az/2407487db26354dda4b4835beae54dbe.pdf








