Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların nümayəndələrinin və AKTİ katibliyinin iştirakı ilə növbəti əlaqələndirmə görüşü baş tutub.
İttifaqın sədri Yusif Vəliyevin açılış nitqindən sonra mart ayı ərzində AKTİ tərəfindən həyata keçirilən tədbirlər haqqında hesabat təqdim olunub və aprel ayı üçün nəzərdə tutulan fəaliyyət planı nəzərdən keçirilib.
Eyni zamanda görüşdə Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov Azərbaycan Gənclər Fondu, UNİCEF və AKTİ-nin də tərəfdaşı olduğu “Intern Academy” layihəsi haqqında təşkilatların nümayəndələrinə geniş məlumat verilib.
Görüş növbəti aylar ərzində keçiriləcək fəaliyyət planı ilə bağlı təklif və müzakirələrlə davam edib.