Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən “Könüllü qəhrəmanların mart görüşü” adlı videokonfransda iştirak ediblər.
Konfrans 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, tarix elmləri doktoru, professor Musa Qasımlı könüllülərə 31 mart hadisələri ilə bağlı məlumat verib.
Daha sonra “İslahat Könüllüləri” Təşkilatının rəhbəri Nərmin Rəhimli İslahat Könüllülərinin mart ayında gördüyü işlər barədə məlumat verib. Ardınca İslahat Könüllüsü İİTKM-in Rəqəmsal Ticarət Qovşağının Azərbaycanın rəqəmsal iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.
Tədbirdə Azərbaycan könüllülərinin mart ayı ərzindəki fəaliyyəti və növbəti ayda görüləcək işlərə dair geniş müzakirələr aparılıb.
Görüşdə İslahat Könüllüləri ilə yanaşı, ASAN Könüllüləri, DOST Könüllüləri, Aqrar İnkişaf Könüllüləri, Könüllü Gömrükçülər, “BİR” Könüllüləri və s. olmaqla ümumilikdə 100-ə yaxın könüllü və rəhbərləri iştirak edib.