İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu ilə birgə təşkil etdiyi “Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” mövzusunda forumda “İslahat Könüllüləri” təşkilatının üzvləri fəallığı ilə seçiliblər.

Könüllülər “yaşıl” iqtisadiyyat sahəsində müasir yanaşmalar və texnoloji inkişaf, iqlim maliyyəsi mövzusunda yeni biliklər əldə ediblər. Gənclər dünyanın ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə ünsiyyət imkanı qazanıb, alimlərin çıxışlarını dinləyiblər.  İslahat könüllüləri Qlobal Beyin Mərkəzləri forumunun təşkilati məsələlərində də yaxından iştirak edib, sesssiyaların keçirilməsinə dəstək göstəriblər.