Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat Könüllüləri" Təşkilatının könüllüləri Səkinə Ağayeva və Saqibət Sultanlı könüllülük müddətini başa vurublar. Onlara İİTKM-in sertifikatları təqdim olunub. Könüllü proqramı müddətində onlar, İİTKM-in "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində fəaliyyət göstərərək, öz təcrübi biliklərini artırıb və Mərkəzin fəaliyyətinə töhfələrini veriblər.

İslahat Könüllüləri adından könüllülərimizə gələcək fəaliyyətlərində uğurlar diləyirik!

Sən də İslahat Könüllülərinə qoşul!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəmadi olaraq elan etdiyi Könüllü Proqramına siz də qoşularaq iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, qrafik dizayner sahəsində geniş təcrübə imkanı qazana bilərsiniz. Bunun üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyiniz tələb olunur:

http://iqtisadiislahat.org/.../iqtisadi_islahatlarin...