Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib.
Forumda İslahat könüllüsü Aytac Qarayeva göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, 200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.





