İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (Digital Trade Hub of Azerbaijan - DTH) könüllüsü İsmət Vaqifzadə könüllü həmkarlarına Rəqəmsal Ticarət Qovşağının Azərbaycanın sərmayə cəlbində rolu ilə bağlı təqdimat keçib. Təqdimat zamanı İ.Vaqifzadə DTH-ın Azərbaycanın qeyrineft sektorunun, rəqəmsal ticarətinin inkişafına verdiyi töhfələr, xarici investorların Azərbaycana gəlmədən-məsafədən biznes qurmaq üçün prosedurların mərhələli şəkildə icrası və Qarabağın investisiya imkanları ilə bağlı maraqlı təqdimatla geniş məlumat verib. O, həmçinin Azərbaycanın "DoingBusiness" hesabatındakı mövqeyi ilə bağlı da danışıb. Daha sonra İsmət islahat könüllülərinin suallarını cavablandırıb.