İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 2016-2021-ci illərdə 500-ə qədər könüllü qoşulub. Hazırda Mərkəzdə "İslahat Könüllüləri" Təşkilatı fəaliyyət göstərir. Könüllü proqramının təsis edilməsində məqsəd gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etmək, gələcək karyeralarına görə onları doğru yönəltmək və asudə vaxtlarını düzgün qiymətləndirmələrinə yardımçı olmaqdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan Azexport.az, Enterprise Azerbaijan və Digital Trade Hub of Azerbaijanın ərsəyə gəlməsində, eləcə də, proqram təminatı, müxtəlif tədbirlərin təşkili, elmi araşdırmalar və tədqiqat işlərində yaxından iştirak ediblər.