Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (Azərbaycan Könüllü Təşkilatları İttifaqı) birgə təşkilatçılığı ilə Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı keçirilib.
Proqramda könüllülüyün qanunvericilik üzrə əsasları, könüllülərin seçimi, könüllülərin cəlb olunması və saxlanması, komanda işinin qurulması və s. mövzular üzrə təlimçilər öz təcrübələrini bölüşüb.
Qeyd edək ki, proqram çərçivəsində müxtəlif könüllü təşkilatların nümayəndələri, o cümlədən "İslahat Könüllüləri" Təşkilatının sədri İsmət Vaqifzadə də iştirak edib. Sonda iştirakçılar könüllülərlə iş üzrə nəzəri və praktiki biliklərini təsdiq edən sertifikatla təltif olunublar.