AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Mətanət Musayeva / "Enterprise Azerbaijan" portalının rəhbəri

17 mart 1975-ci ildə anadan olub.

Təhsili

1994-1999-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində bakalavr,

2003-2006-cı illərdə magistratura pilləsində təh­sil alıb və “Dünyanın iqtisadi və sosial coğrafiyası” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirib.

2009-2013-cü illərdə BDU, Coğrafiya fakültəsinin doktorantura pilləsində təhsil alıb və “İqtisadi coğrafiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Hal-hazırda “Azərbaycan Respublikasının regional geosiyasi məkana inteqrasiyası və geostrateji modeli” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Pedaqoji fəaliyyəti

2008-ci ildən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi “İqtisadi və sosial coğrafiya” kafedrasında dosent vəzifəsində çalışır,

2015-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH quplarında dərs deyir,

2018-ci ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır,

2019-cu ildən dosent elmi adını almışdır,

50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir.

Əmək fəaliyyəti

1999–2005-ci illərdə 212 saylı orta məktəbdə coğrafiya müəllimi,

2000-2017-ci illərdə Türkiyənin Dəyanət Vəqfi - Bakı Türk Liseyində müdir müavini və coğrafiya müəllimi,

2003-2012-ci illərdə Azərbaycan MEA, MXKE Tİ XKTB-də mühəndis,

2012-2020-ci illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Azərbaycanın İqtisadi və Siyasi Coğrafiyası” şöbəsində aparıcı elmi işçi,

2019-2021-ci illərdə BDU, Coğrafiya fakültəsində Elmi işlər üzrə dekan müavini,

2021-2022-ci illər ərzində BDU, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022-ci ildən EnterpriseAzerbaijan.com portalının rəhbəri vəzifəsində çalışır.

 

2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub,

2017-ci ildə İlk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.  

Ailəlidir, iki övladı var.