17 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
2016-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universitetinin birgə əməkdaşlığı ilə İqtisadiyyat (Business Informatics) ixtisasında bakalavr təhsili alıb,
2018-2019-cu illərdə Varşava və Haydelberq şəhərlərində Erasmus+ mübadilə proqramlarını qazanıb,
2018-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən “Regional Training Course on HRM” təlimində iştirak edib.
2021-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektron idarəetmə (E-Governance) ixtisası üzrə MBA Proqramında təhsil alır.
Əmək fəaliyyəti
2018-2019-cu illərdə AEGEE-Bakı Avropa Tələbələr Forumunda İnsan resursları üzrə menecer,
2019-cu ildə AEGEE-Bakıda “Winter University” və “Summer School” beynəlxalq layihələrin təşkilatçısı,
2020-ci ildə “Bravo Praktikum Internship Program”ında Rəqəmsal marketinq şöbəsində təcrübəçi,
2021-ci ildə Rəqəmsal Ticarət Qovşağında təcrübəçi olub.
2021-2022-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentində media mütəxəssisi kimi çalışıb.
2021-ci ilin iyul ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat Könüllüləri” Təşkilatının rəhbəridir.
2023-cü ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsində çalışır.
Azərbaycan, ingilis, türk dillərini və alman dilini A1 səviyyədə bilir.
Ailəlidir.