AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Ayhan Satıcı / Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e

9 mart 1997-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.

Təhsili

2014-2019-cu illərdə ADA universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr,

2019-2021-ci illərdə ADA universitetində Dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili alıb.

2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Ümumi iqtisadiyyat fakültəsində doktorantura təhsili alır.

Pedaqoji fəaliyyəti

"Güzəştli Mənzillər Kontekstində Azərbaycanda Dövlət-Özəl Tərəfdaşlığı" mövzusu da daxil olmaqla elmi-publisistik məqalələrin müəllifidir.

Əmək fəailiyyəti

2017-2019-cu illərdə “British Council” Azərbaycanın imtahanlar departamentində çalışıb.

2019-cu ilin may ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) supervayzer,

2019-cu ilin iyun-iyul aylarında Avropa Gənclər Olimpiya Festivalında menecer,

2019-2020-ci illərdə “Bosshelf” MMC-nin vendorluğu ilə bp-nin Təchizat Bazasında texniki kargüzar,

2020-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma departamentinin kiçik analitiki və analitiki vəzifələrində çalışıb.

2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma və inkişaf meneceri kimi fəaliyyət göstərib. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılan struktur islahatlarından sonra o, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edir. 

Türkiyə, Almaniya, Rumıniya və Azərbaycanda şəxsi keyfiyyətlərin inkişafı mövzularında təlimlər keçib.

Azərbaycan, ingilis, türk dillərini, eləcə də rumın və rus dillərini A1 səviyyəsində bilir.

Ailəlidir.