AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Coşqun Cəfərov / Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

2 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Gədəbəy rayonunda anadan olub.

Təhsili

2016-2020-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2016-cı ildə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünə layiq görülüb.

2021-2022-ci illərdə SOCAR və "South Caucasus Pipeline Ltd" tərəfindən maliyyələşdirilən "Google Data Analytics Professional" Sertifikatı proqramında “Google Data Analytics” sertifikatı ilə təltif edilib.

Pedaqoji fəaliyyəti

İqtisadi mövzuda 3 məqalə və 1 kitab həmmüəllifidir.

Əmək fəaliyyəti

2019-2020-ci illərdə “Kapital Bank” ASC-də Məlumatların sistemləşdirilməsi şöbəsində kiçik mütəxəssis,

2020-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Səmərəliliyin qiymətləndirilməsi departamentinin kiçik analitiki və analitik vəzifələrində çalışıb.

2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı vəzifəsində fəaliyyət göstərir. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılan struktur islahatların sonra o Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi təyin olunub. 

Statistika, riyazi-statistik modelləşdirmə, data analitikası (Numpy, Pandas, Matplotlib,Seaborn, Tableau, SQL) və maşın öyrənmə alqoritmləri ilə bağlı təcrübəyə malikdir.

Python, PHP, Javascript və R proqramlaşdırma dillərini bilir.

Azərbaycan, ingilis və türk dillərini bilir.