AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Şəbnəm Məmmədli / Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri

30 noyabr 1997-ci ildə  Bakı şəhərində anadan olub.

Təhsili
2015-2020-ci illərdə ADA universitetinin Dövlət və ictimai münasibətlər fakültəsində təhsil alıb.

2022-ci ildən Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi (Layihələrin idarə edilməsi) ixtisası üzrə magistr təhsili alır.

Əmək fəaliyyəti

2019-2021-ci illərdə SOCAR-da İnvestorlarla əlaqələr şöbəsində təcrübəçi,

2021-2022-ci illərdə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji səmərəliliyi və investisiyalar üzrə mütəxəssis vəzifələrində çalışıb.

2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Səmərəliliyin qiymətləndirilməsi departamentinin analitiki kimi fəaliyyət göstərir. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılan struktur islahatların sonra o Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi təyin olunub. 

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir.