AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Emil Qasımov / Sahəvi proqramların monitorinqi sektorunun müdiri

5 fevral 1981-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili
1998-2002-ci illərdə Bakı Biznes Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2002-2004-cü illərdə Bakı Biznes Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2005-2008-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aspirantı olub.

2011-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə edib.

Pedaqoji fəaliyyəti

2008-2015-ci illərdə Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müəllimi vəzifəsində çalışıb.

Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 15-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2008-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.

2017-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsində müdir müavini vəzifəsində çalışıb.

2022-2023-cü ilin may ayına kimi İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin baş elmi işçisi olub.

2023-cü ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışır.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.