AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Elşən Yusifli / Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

23 noyabr 1998-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.

Təhsili

2016-2021-ci illərdə ADA Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni yüksək göstərici ilə bitirib.

2021-ci ildən etibarən ADA Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alır.

Əmək fəaliyyəti

2021-ci ildə əmək fəaliyyətinə “Deloitte Azərbaycan” şirkətində 1-ci dərəcəli vergi məsləhətçisi vəzifəsində başlayıb.

2022-2023-cü illərdə “Aztelekom” MMC-də Biznesin təhlili və bazar araşdırması şöbəsində biznes analitik olaraq çalışıb.

2023-cü ilin aprel ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi olaraq işə başlayıb.

Analitika, vizuallaşdırma, riyazi-statistik modelləşdirmə, maliyyə və vergi qanunvericiliyi sahələrində bilik və təcrübəyə malikdir.

SQL sorğu dili və Power BI proqramlarında işləmə bacarığına sahibdir.

Azərbaycan, ingilis və türk dillərini bilir.