AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Səbinə Cumazadə / İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi

17 dekabr 1993-cü ildə Gəncə şəhərində anadan olub.

Təhsili

2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dünya iqtisadiyyatı ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda ingilis dilində bakalavr təhsili alıb.

2014-2016-cı illərdə Qafqaz Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

2017-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsili alıb.

Əmək fəaliyyəti

2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyində İqtisadi İnkişaf və Əməkdaşlıq İdarəsində təcrübəçi olub.

2018-2023-cü illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəlliməsi vəzifəsində çalışıb.

2023-ci ilin iyun ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi təyin olunub.

Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 20-dən çox məqalə və tezisin müəllifidir.

“Eviews”, “Stata” və "SPSS" proqramlarında işləmə bacarığına malikdir.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, 3 övladı var.