AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Rəşad Hüseynov / İcraçı Direktorun Müavini

12 sentyabr 1981-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.

Təhsili

1998-2002-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2004-2006-cı illərdə Almaniyanın Vayştefan Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə MBA təhsili alıb.

2007-2009-cu illərdə Almaniyanın Bonn Universitetində Qida və resursların iqtisadiyyatı ixtisası üzrə ikinci magistr təhsili alıb.

2010-2015-ci illərdə Almaniyanın Bonn Universitetinin İqtisadi və Aqrar Siyasət İnstitutunda doktorantura təhsilini fərqlənmə diplomu ilə bitirib.

Pedaqoji fəaliyyəti

2016-cı ildən ADA və Xəzər Universitetlərində "İdarəetmə iqtisadiyyatı", "Mikroiqtisadiyyat", "İnkişaf iqtisadiyyatı", "İctimai iqtisadiyyat" və "Kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət" mövzuları üzrə tədris ilə məşğul olur.

Əmək fəaliyyəti

2016-cı ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

2020-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri vəzifəsində çalışır.

 

Asiya İnkişaf Bankı (ADB), BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO), BMT-nin İnkişaf Proqramı (UNDP), Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) icra etdikləri layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.

Azərbaycan, alman, ingilis və rus dillərini bilir.

Ailəlidir, 3 övladı var.